14 noyabr 2026. Şənbə

Son 56 ilin ən gənc kapitanı


Son 56 ilin ən gənc kapitanı
Futbol üzrə İtaliya millisinin qapıçısı Canluici Donnarumma son 56 ildə komandanı meydana çıxaran ən gənc kapitan kimi tarixə düşüb.

Corner.az xəbər verir ki, Fransanın PSJ klubunda çıxış edən qolkiper, buna Belçika yığması ilə UEFA Millətlər Liqasının 3-cü yer uğrundakı oyununda nail olub.
 
22 yaş 7 ay 15 günlüyündə olan Donnarumma 1965-ci ildən etibarən yığmanın ən gənc kapitanı adını qazanıb.
 
Qeyd edək ki, bu oyunda 2:1 hesablı qələbəyə sevinən İtaliya millisi turnirin bürünc medallarına sahib çıxıb.






Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib