14 noyabr 2026. Şənbə

Millətlər Liqası: Fransa çempion, İtaliya 3-cü oldu


Millətlər Liqası: Fransa çempion, İtaliya 3-cü oldu

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları qarşılaşıb.

Milan şəhərindəki “San-Siro” stadionunda baş tutan oyunda hesabı ispanlar açsa da, Fransa yığması əzmkar qələbə qazanaraq turnirin qalibi olub.

Xatırladaq ki, İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələmişdi.

İtaliya və Belçika komandaları da üçüncü yer uğrunda qarşılaşıb. Turindəki “Yuventus” stadionunda keçirilən bu oyunda üç qol qeydə alınıb və görüş İtaliya yığmasının qələbəsiylə başa çatıb.

İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası
Final mərhələsi
10 oktyabr

Üçüncü yer uğrunda görüş

İtaliya – Belçika 2:1
Qol: Barella, 46. Berardi, 65-pen – Ketelare, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. “Yuventus” stadionu.

Final

İspaniya – Fransa 1:2
Qol: Oyarzabal, 64 – Benzema, 66. Mbappe, 80.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. “San-Siro” stadionu.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib