- Millətlər liqası
- 01:39 15.11.2024
Fransa milli komandası UEFA Millətlər Liqasının finalında İspaniyanı məğlub edərək (2:1), çempion olub.
Corner.az xəbər verir ki, həlledici oyunda iştirak edən hücumçu Antuan Qrizmann millinin tarixinə düşüb. Belə ki, İspaniya yığmasıyla oyun 30 yaşlı futbolçunun millidəki 100-cü matçı olub.
Qrizmann Fransa yığmasında 100 və daha çox oyun keçirən 9-cu futbolçu ünvanına sahib olub.
Fransa millisində oyun sayına görə rekordçu Lilian Türamdır. Sabiq müdafiəçi yığmada 142 matça çıxıb.