- Millətlər liqası
- 01:39 15.11.2024
UEFA Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.
Corner.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
3-cü dəfə təşkil olunan yarışda yenə də Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada mübarizə aparacaq. Millimiz 3-cü olan C liqasında qüvvəsini sınayacaq.
Püşkatmada A, B və C liqalarındakı 16 yığma hərəsində 4 komandanın yer aldığı 4 qrupa bölünüb. D liqasındakı 7 futbol cırtdanı birində 4, digərində 3 komandanın olduğu qruplara ayrılıb.
Azərbaycan yığması C liqasının 3-cü qrupunda yer alıb. Millimizin rəqiblərindən ikisi məlumdur. Bunlar Belarus və Slovakiyadır. Digər rəqibimiz isə Qazaxıstan – Moldova görüşünün qalibi olacaq.
Komandalar iki dövrəlik dairəvi sistemlə mübarizə aparacaq. A liqasının 4 qrup qalibi kubok uğrunda final mərhələsində çıxış edəcək. B, C və D liqalarının qrup qalibləri 2024/25 mövsümündə daha yüksək dəstdə oynamaq hüququ qazanacaq. A və B liqalarının qrup sonuncuları aşağı diviziona düşəcəksə, C liqasında 4 sonuncudan ikisi bu aqibəti yaşayacaq.
AÇ-2020-də və DÇ-2022-də olduğu kimi, Millətlər Liqası AÇ-2024-ün pley-offuna da vəsiqə verəcək. Lakin bu turnirin reqlamenti təsdiqlənmədiyi üçün bu prosedurun necə olacağı hələlik məlum deyil. Reqlamentin 2022-ci ilin iyununda dəqiqləşəcəyi gözlənilir.
Gələn il iyunun 1-14-də ilk 4 turun matçları baş tutacaqsa, sentyabrın 22-27-də isə qruplarda son iki tur oynanılacaq.
Həlledici qarşılaşmaların 2023-cü ilə planlaşdırılması gözlənilir. İyunun 14-15-də yarımfinal, 18-də üçüncülük matçı və final keçiriləcək. Pley-off martın 21-23 və 24-26-na təyin edilib.
A liqası
1-ci qrup
Avstriya
Xorvatiya
Danimarka
Fransa
2-ci qrup
Çexiya
İsveçrə
Portuqaliya
İspaniya
3-cü qrup
Macarıstan
İngiltərə
Almaniya
İtaliya
4-cü qrup
Uels
Polşa
Niderland
Belçika
B liqası
1-ci qrup
Ermənistan
İrlandiya
Şotlandiya
Ukrayna
2-ci qrup
Albaniya
İsrail
Rusiya
İslandiya
3-cü qrup
Monteneqro
Rumıniya
Finlandiya
Bosniya və Herseqovina
4-cü qrup
Sloveniya
Serbiya
Norveç
İsveç
C liqası
1-ci qrup
Farer adaları
Litva
Lüksemburq
Türkiyə
2-ci qrup
Kipr/Estoniya cütünün qalibi
Kosovo
Yunanıstan
Şimali İrlandiya
3-cü qrup
Qazaxıstan/Moldova cütünün qalibi
Azərbaycan
Belarus
Slovakiya
4-cü qrup
Cəbəllütariq
Gürcüstan
Şimali Makedoniya
Bolqarıstan
D liqası
1-ci qrup
Latviya
Andorra
Qazaxıstan/Moldova cütünün məğlubu
Lixtenşteyn
2-ci qrup
San Marino
Kipr/Estoniya cütünün məğlubu
Malta