30 sentyabr 2026. Çərşənbə

Azərbaycan bizim üçün münasib rəqibdir


Azərbaycan bizim üçün münasib rəqibdir

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən olan Moldova seçməsinin baş məşqçisi Sergey Kleşenko püşkün nəticəsini dəyərləndirib.

 Corner.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında C Liqasının 3-cü qrupunda yer alan komandaların özləri üçün münasib rəqib olduğunu bildirib.

"2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Son vaxtlar həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdik. Biz bu komandaları yaxşı tanıyırıq, onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir. OnlarınRusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı heyəti var".

Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol