30 sentyabr 2026. Çərşənbə

Qəbələ Türkiyədə 3 yoxlama matçı keçirəcək


Qəbələ Türkiyədə 3 yoxlama matçı keçirəcək

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışında yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.

Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol