30 sentyabr 2026. Çərşənbə

Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək


Belarus - Azərbaycan oyunu neytral ölkədə keçiriləcək
Belarusun futbol üzrə milli komandaları və klubları UEFA bayrağı altındakı bütün oyunlarını neytral meydanda və azarkeşsiz keçirməlidirlər. Corner.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.
 
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qərar dərhal qüvvəyə minib. UEFA İcraiyyə Komitəsi ehtiyac yaranarsa, hazırkı durumu yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbədənkənar iclaslar keçirəcək.
 
Qeyd edək ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən biri də Belarus komandasıdır. Bu isə Belarus və Azərbaycan yığmaları arasındakı oyunun da yeri dəyişdiriləcəyi deməkdir. 
 
İyunun 6-da keçiriləcək Belarus - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Hazırda bu görüşün hansı ölkədə təşkil olunacağı bilinmir. Belarus yığması iyunun 10-da Qazaxıstan/Moldova cütünün qalibini, sentyabrın 25-də isə Slovakiyanı qəbul edəcək.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol