22 oktyabr 2024. Çərşənbə axşamı

Latviyalı baş məşqçi Azərbaycan millisi ilə oyundan danışdı


Latviyalı baş məşqçi Azərbaycan millisi ilə oyundan danışdı

"Rəqib kimi Küveyt və Azərbaycanın seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç bu gün keçirilmiş mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olduğunu bildirib: "Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.







Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""