5 dekabr 2025. Cümə

Qazaxıstan millisindən əzmkar qələbə


Qazaxıstan millisindən əzmkar qələbə
UEFA Millətlər Liqasında pley-off oyunları keçirilib. Corner.az xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparıb.
 
Saat 21:00-da başlayan oyunlarda Estoniya millisi Kiprlə, Moldova yığması isə Qazaxıstanla üz-üzə gəlib.

 Estoniyadakı matçda qapılara qol vurulmayıb. Moldovadakı görüşdə isə hesabı meydan sahibləri açsalar da ikinci hissədə iki qol vurmağı bacaran qazaxlar əzmkar qələbə qazanıb. Cavab matçları martın 29-da keçiriləcək.
 
Moldova – Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
 
Estoniya – Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlubu isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
 
UEFA Millətlər Liqası
Pley-offun ilk oyunları
24 mart
 
Moldova – Qazaxıstan 1:2
Qol: Nikolaesku, 45+1 – Malıy, 64. Posmak, 79-öz qapısına.
 
Estoniya – Kipr 0:0






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”