14 noyabr 2026. Şənbə

Bəlkə hesabla bağlı nə isə demək olar


Bəlkə hesabla bağlı nə isə demək olar
"Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq". Corner.az xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi David Manca evdə Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
 
48 yaşlı mütəxəssis hesabı artırmaq imkanlarından yararlana bilmədiklərini söyləyib: "Bəlkə hesabla bağlı nə isə demək olar (gülür). Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu. Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Amma komandamın performansından çox məmnunam və bu, bizim üçün ən vacib məsələdir".
 
Qeyd edək ki, Azərbaycanla oyunda yeganə qolu 55-ci dəqiqədə Yurgen Deqabriele vurub.






Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib