5 dekabr 2025. Cümə

Təəssüf ki, Azərbaycan yığmasına çox qol vura bilmədik


Təəssüf ki, Azərbaycan yığmasına çox qol vura bilmədik
Futbol üzrə Malta millisinin müdafiəçisi Andrey Acius yığmada sonuncu görüşünü keçirib. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu Azərbaycan yığmasına qarşı yoxlama oyununda milli ilə vidalaşıb.
 
42-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Zak Muskat daxil olub. Millimizlə matç təcrübəli oyunçunun yığmada 103-cü görüşü olub.
 
Malta Futbol Assosiasiyasının prezidenti Bjorn Vassallo görüşdən əvvəl kapitana xatirə hədiyyə təqdim edib.
 
Acius qarşılaşmadan sonra yığmamızla oyundan da danışıb. O, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Son matçımda çox yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, çoxlu qol vura bilmədik. Amma çox gözəl oyun nümayiş etdirdik. Topa nəzarət bizdə oldu. Həmişə bizim bir düşüncəmiz olub ki, hücum edək və qol vuraq. Əminəm ki, futbolçularımız işləməyə davam edəcəklər və baş məşqçi David Manca ilə birlikdə növbəti Millətlər Liqasında böyük işlər görəcəklər”.
 
Acius yığma karyerasını bitirməsindən də danışıb: “Bu, son oyunum idi. Meydançadakı hər dəqiqədən zövq aldım və qərara gəldim ki, karyeramın bu səhifəsini burada bitiməyim ən doğru yoldur”.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”