14 noyabr 2026. Şənbə

Millətlər Liqası: Millimizin son rəqibi bəlli oldu


Millətlər Liqası: Millimizin son rəqibi bəlli oldu

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçirilir. Corner.az xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək üçün həlledici görüşlərə çıxıblar.

Günün ilk matçı Nur-Sultanda Qazaxıstan Belarusla üz-üzə gəlib. Meydan sahibləri ilk görüşdə 2:1 hesablı qələbə qazanmışdı. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcəkdi. Qarşılaşmanın əsas vaxtı Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu üzdən də cütün qalibini müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan qazaxlar Azərbaycan yığmasının yer aldığı qrupa vəsiqə qazanıblar. Moldova isə D Liqasına mübarizə aparacaq.

Digər qarşılaşmada isə Kipr yığması Estoniyanı sınağa çəkib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Cavab görüşündə isə kiprlilər rəqibi üzərində inamlı qələbəyə sevinib. Beləliklə, Kipr yığması C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə,  Estoniya isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası
Pley-offun cavab oyunları
29 mart

Qazaxıstan – Moldova 0:1 (penaltilər 5:4)
Qol: Armas, 13.
İlk oyun – 2:1

Kipr – Estoniya 2:0
Qol: Tsionis, 19. Sotiriu, 51.
İlk oyun – 0:0







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib