14 dekabr 2025. Bazar günü

Millimizin rəqibi erməni məşqçiyə tapşırılır?


Millimizin rəqibi erməni məşqçiyə tapşırılır?
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Qazaxıstan yığması baş məşqçisiz qalıb. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası Andrey Karpoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.
 
Federasiya baş məşqçi postuna ilk namizədi də müəyyənləşdirib. Qazaxıstan millisinin sabiq baş məşqçisi Qriqori Babayana təklif göndərilib.
 
Hazırda ÇSKA-da (Moskva) köməkçi məşqçi kimi fəaliyyət göstərən Ermənistan əsilli mütəxəssisin klubla sözləşməsi may ayının sonuna qədərdir. Onun həmin vaxtdan Qazaxıstan yığmasının “sükanı arxasına” keçməsi gözlənilir. Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisini çalışdırıb.
 
Azərbaycan millisi Millətlər Liqasında C liqasının 3-cü qrupu çərçivəsində ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Oyun iyunun 3-də “Astana Arena”da keçiriləcək.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”