14 noyabr 2026. Şənbə

Zirə'nin legioneri milliyə çağırılmamasının səbəbini açıqladı


Zirə'nin legioneri milliyə çağırılmamasının səbəbini açıqladı

"Zirə" klubunun futbolçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmamasının səbəbi açıqlanıb.

Corner.az "Lelo" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Villi Sanyol mətbuat konfransında bildirib.

44 yaşlı mütəxəssis Volkovun Özbəkistanla yoldaşlıq matçında böyük təəssürat yaratdığını söyləyib: "Həmin görüşdə bir qol da vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək".

Qeyd edək ki, Gürcüstan seçməsi iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Komanda iyunun 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, iyunun 9-da Şimali Makedoniyanın qonağı olacaq.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib