14 noyabr 2026. Şənbə

Slovakiya millisinin Bakıya gələcək heyəti açıqlandı


Slovakiya millisinin Bakıya gələcək heyəti açıqlandı

UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının qonağı olacaq Slovakiya yığmasının heyəti açıqlanıb.

Corner.az-ın məlumatına görə, baş məşqçi Ştefan Tarkoviç 26 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Marek Rodak ("Fulhem", İngiltərə), Frantişek Plax ("Pyast", Polşa), Dominik Takaç ("Spartak", Trnava)

Müdafiəçilər: Milan Şkrinyar ("İnter", İtaliya), Norbert Gimber ("Salernitana", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Petar Pekarik ("Herta", Almaniya), Martin Kostselnik ("Slovan", Çexiya), Yuray Çvatal ("Siqma", Çexiya), David Qantsko ("Sparta", Çexiya), Lübomir Şatka ("Lex", Polşa), Vernon de Marko ("Slovan")

Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Napoli", İtaliya), Yuray Kuçka ("Uotford", İngiltərə), Ondrey Duda ("Köln", Almaniya), Matuş Bero ("Vitess", Niderland), Tomaş Suslov ("Qroningen", Niderland), Patrik Qoroşovski ("Genk", Belçika), Kristian Körts ("Qrasshopper", İsveçrə), İvan Şvarts ("Slaviya", Çexiya), Albert Rusnak ("Sietl Sounders", ABŞ), Vladimir Vayss ("Slovan")

Hücumçular: Lukaş Qaraslin ("Sassuolo", İtaliya), Robert Bojenik ("Düseoldorf", Almaniya), Ladislav Almasi ("Ostrava", Çexiya)

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib