5 dekabr 2025. Cümə

Belaruslu futbolçu Millətlər Liqasında oynamaqdan imtina etdi


Belaruslu futbolçu Millətlər Liqasında oynamaqdan imtina etdi

Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara məhəl qoymayıb.

Lisakoviçin hansı səbəbdən bu addımı atdığı hələlik açıqlanmayıb.

Bildirək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Əlavə edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.








Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”