14 noyabr 2026. Şənbə

Qazaxların daha bir futbolçusu millimizlə oyunu buraxacaq


Qazaxların daha bir futbolçusu millimizlə oyunu buraxacaq

UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.

Corner.az "meta-ratings.kz" saytına istinadən xəbər verir ki, Rusiyanın "Axmat" klubunda çıxış edən Marat Bıstrov zədə səbəbindən millinin heyətindən çıxarılıb.

29 yaşlı müdafiəçinin əvəzinə düşərgəyə Qazaxıstan "Aktobe"sinin müdafiəçisi Alibek Kasım dəvət olunub.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib