14 noyabr 2026. Şənbə

Azərbaycan millisi barədə məlumatım azdır


Azərbaycan millisi barədə məlumatım azdır

"Belarus, Qazaxıstan və Azərbaycan yığmaları barədə məlumatım azdır. Məşqçilər bizim üçün mütləq ətraflı video-təhlil aparacaqlar".

Corner.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Yuray Xvatal federasiyanın rəsmi saytına iyunda keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları barədə danışarkən deyib.

Çexiyanın "Siqma" klubunda çıxış edən 25 yaşlı müdafiəçi turnirdə asan rəqib olmadığını bildirib: "Əsas öz oyunumuzdur. Matçlara yaxşı hazırlaşmaq və qələbə qazanmaq lazımdır. Qarşıdakı 4 oyundan maksimum nəticə əldə etməliyik".

Qeyd edək ki, Slovakiya millisi ilk oyununu Serbyada Belarusa qarşı keçirəcək. 3 gün sonra Qazaxıstanı qəbul edəcək komanda iyunun 10-da "Dalğa Arena"da Azərbaycan yığması ilə üz-üzə gələcək. Ştefan Tarkoviçin rəhbərlik etdiyi kollektiv iyunun 13-də isə Qazaxıstanın qonağı olacaq.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib