13 may 2026. Çərşənbə

Şatski Azərbaycanla oyuna hazırlığı dəyərləndirdi


Şatski Azərbaycanla oyuna hazırlığı dəyərləndirdi
Qazaxıstan millisinin qapıçısı İqor Şatski UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıqla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 33 yaşlı qolkiper yerli mətuata açıqlamasında bunları söyləyib:
 
“Hazırlıq məşqçilər korpusunun göstərişlərilə normal gedir. Məşq prossesində böyük dəyişiklik yoxdur. Valeri Sitalo bizi oyunlara normal qaydada hazırlaşdırır. İlk üç gündə funksional olaraq hazırlıq getdi ki, qarşıdakı qısa tsikldə fiziki cəhətdən tam hazır olaq”.
 
Şatski Azərbaycan millisi ilə oyunda uğurlu nəticə qazanacaqlarına ümid etdiyini ifadə edib: “Hər bir rəqibə hörmətlə yanaşırıq. Hardasa ehtiyat da edirik. Amma hər şey plana uyğun gedir. Məşqçilər korpusu bizi oyunlara yaxşı hazırlaşdırır. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.
 
Qazaxıstan yığması iyunun 3-də “Astana Arena”da Azərbaycan milli komandası ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”