13 may 2026. Çərşənbə

Belarus - Azərbaycan matçı azarkeşsiz keçiriləcək


Belarus - Azərbaycan matçı azarkeşsiz keçiriləcək
UEFA Millətlər Liqasının Belarus – Azərbaycan matçı azarkeşsiz baş tutacaq. Corner.az xəbər verir ki, bu barədə Serbiyanın “novosti.rs” saytı məlumat yayıb.
 
UEFA Belarus millisinin Millətlər Liqasında üç ev oyununun Serbiyanın Novi Sad şəhərində keçirilməsi haqda qərar verib. Xəbərdə bildirilir ki, Slovakiya (3 iyun), Azərbaycan (6 iyun) və Qazaxıstanla (10 iyun) oyunlara azarkeş buraxılmayacaq. Bu haqda qərarı UEFA verib.
 
Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyulub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirakı səbəb olub.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”