22 noyabr 2024. Cümə

Ümid edirəm ki, Azərbaycan yığmasına qalib gələcəyik


Ümid edirəm ki, Azərbaycan yığmasına qalib gələcəyik

"Məşqçilər korpusu əsas diqqəti əvvəlki matçlarda buraxdığımız səhvlərə yönəldib. Ümid edirəm ki, gələcəkdə belə səhvlərə yol verməyəcəyik və ilk görüşümüzdə qalib gələcəyik".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip UEFA Millətlər Liqasının I turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl "Sports.kz" saytına müsahibəsində deyib.

22 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan millisi ciddi rəqibdir: "Onların heyətində yaxşı xarici klublarda çıxış edən oyunçular var. Heç kimi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, son döyüş kimi köklənmək lazımdır".

Nuralı Slovakiya yığmasının qrupdakı ən güclü komanda olduğunu vurğulayıb: "Üstəlik, indi onlarla iki dəfə oynamalıyıq. Belə rəqiblə döyüşmək maraqlı olacaq. Qrupdakı bütün komandaların güclü olduğunu deyə bilərəm, burada zəif komanda yoxdur. Hamısı bərabər səviyyədədir. Kim qarşıdakı matçlara yaxşı uyğunlaşacaqsa, o da daha çox xal qazanacaq".

Müqavilə ilə "Kayrat"a məxsus olan və icarə əsasında Rusiya "Zenit"ində çıxış edən oyunçu Azərbaycan ilə görüşdə azarkeşlərdən çox şey asılı olacağı sözlərini də əlavə edib: "Fanatların stadionu doldurmalaarını və bizi dəstəkləmələrini istəyirəm. Onların dəstəyi bizim üçün önəmlidir. Çətin qarşılaşma olacaq. Amm qələbə qazanmaq və həmyerlilərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Qazaxıstan Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Komanda iyunun 6-da və iyunun 10-da müvafiq olaraq Slovakiya və Belarusun qonağı olacaq, üç gün sonra isə Slovakiyanı qəbul edəcək.







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq