13 may 2026. Çərşənbə

Rostov'un futbolçusu millimizə qarşı oynamayacaq


Rostov'un futbolçusu millimizə qarşı oynamayacaq
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq Belarus millisinin heyətində dəyişiklik edilib. Corner.az xəbər verir ki, Rusiyanın “Rostov” klubunun yarımmüdafiəçisi Aleksandr Selyava zədə səbəbindən komandadan kənarlaşdırılıb.
 
Bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Selyavanın əvəzində yığmaya "Minsk" klubunun hücumçusu Yeqor Boqomolski cəlb olunub.
 
Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərində Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Azərbaycan yığması ilə üz-üzə gələcək.
 
Xatırladaq ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynadakı hərbi əməliyyatlarda iştirakı səbəb olub.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”