30 sentyabr 2026. Çərşənbə

Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat aldı


Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının II tur oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol