30 sentyabr 2026. Çərşənbə

Futbolçular bütün fikirlərini milliyə yönəldiblər


Futbolçular bütün fikirlərini milliyə yönəldiblər

"Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

32 yaşlı müdafiəçi bildirib ki, rəqiblər barədə ətraflı məlumat əldə ediblər: "Yeni turnirə başlayırıq. Rəqibləri analiz etmişik, onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə Qazaxıstanla oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimiz olacaq. Sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacağıq. İnanıram ki, ilk “11-lik”də meydana çıxacaq oyunçular özlərini ən yaxşı tərəfdən göstərəcək və vuruşacaqlar".

Medvedev gərgin keçən mövsümün ardından futbolçularda yorğunluğun olmadığını da vurğulayıb: "Klubdakı son oyunlardan xeyli müddət keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb".

Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol