30 sentyabr 2026. Çərşənbə

Azərbaycan yığması layiqli rəqibdir


Azərbaycan yığması layiqli rəqibdir

"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir".

Corner.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev evdə Azərbaycan yığmasına qarşı UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis iyunda 4 qarşılaşma keçirəcəklərini bildirib : "Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq".

Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəkləri sözlərini də əlavə edib: "İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. "Liverpul" - "Real Madrid" matçı bunun bariz nümunəsidir".

Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol