30 sentyabr 2026. Çərşənbə

İspaniya millisinin futbolçusu Xavinin uğurunu geridə qoydu


İspaniya millisinin futbolçusu Xavinin uğurunu geridə qoydu

İspaniya yığmasının futbolçusu Serxio Buskets hazırda "Barselona"nın baş məşqçisi olan Xavi Ernandesin uğurunu geridə qoyub.

Corner.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi buna Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının I tur matçında nail olub.

Qarşılaşmaya start heyətdə başlayan Buskets yığmada 134-cü dəfə meydana çıxıb. O, komandada ən çox görüşdə iştirak edən üçüncü futbolçu kimi tarixə düşüb. Millinin sabiq qapıçısı İker Kasilyas 167, hazırda Fransa PSJ-sində çıxış edən Serxio Ramos 180 matçda yığmanın formasını geyinib.

Qeyd edək ki, Serxio Buskets 2009-cu ildə İspaniya millisində debüt edib.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol