30 sentyabr 2026. Çərşənbə

Qazaxların daha 4 futbolçusu yığmamızla oyunu buraxacaq


Qazaxların daha 4 futbolçusu yığmamızla oyunu buraxacaq
UEFA Millətlər Liqasının ilk turunda bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığmasında daha bir neçə futbolçu heyətdən kənarlaşdırılıb. Corner.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Yuri Loqvinenko zədəli olduğuna görə qarşıdakı matçlarda milliyə kömək edə bilməyəcək. Bununla yanaşı, məşqçilər korpusunun qərarı ilə Aleksey Şotkin, Duman Narzildayev və Alibek Kasım da yekun heyətə düşə bilməyib. Futbolçular artıq klublarının düşərgəsinə qayıdıb.
 
Bu gün Nur-Sultan şəhərindəki “Astana Arena”da keçiriləcək Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol