30 sentyabr 2026. Çərşənbə

Millimizin Qazaxıstanla matçının yayımındakı texniki problemin səbəbi açıqlandı


Millimizin Qazaxıstanla matçının yayımındakı texniki problemin səbəbi açıqlandı
UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımı zamanı texniki problemlər yaşanıb. Corner.az xəbər verir ki, yayımçı "CBC Sport" telekanalı bunun qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlandığını açıqlayıb.
 
Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş getdiyi qeyd olunsa da, matçın sonunadək bunu həll etmək mümkün olmayıb. Bu səbəbdən ekran başında izləyən izləyicilər qarşılaşmanın son yarım saatını izləməkdən məhrum olublar.
 
“Texniki problemə görə izləyicilərdən üzr istəyirik” deyə telekanaldan bildirilib.
 
Nur-Sultandakı "Astana Arena"da keçirilən görüşdə meydan sahibləri 2:0 qalib gəliblər.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol