30 sentyabr 2026. Çərşənbə

Qol şanslarından yararlanmalı idik - De Byazi


Qol şanslarından yararlanmalı idik - De Byazi
“İlk hissədə çoxlu imkanlarımız oldu, qol vəziyyətləri yaratdıq. 4-5 qol şansından yararlanmalı idik". Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.
 
65 yaşlı mütəxəssis bildirib ki, birinci hissədə yaxşı oyun sərgiləyiblər: "İkinci yarının əvvəlində kuryoz qol buraxdıq. Ondan sonra diqqətsizlik etdik, ikinci qolu qapımızda gördük. Belə təcrübəli oyunçuların bu cür səhvləri yaxşı hal deyil. Hesab 0:2 olduqdan sonra da oyunu dəyişə bilmədik”.
 
De Byazi heyət seçimində yanılmadığı sözlərini də əlavə edib: “Adətən uduzanda səhv məşqçinin olur. Bu gün ilk “11-lik” oyuna çox yaxşı başladı. Təəssüf ki, hücumları məntiqi sonluqla yekunlaşdırmağı bacarmadıq. Öz imkanlarından yararlana bilmirsənsə, bu, sonradan sənə problem yaradır. Qələbə qazanmaq istəyirsənsə, ələ düşən imkanları dəyərləndirməlisən. Həmçinin şans amili də öz rolunu oynadı. Heç nədən kuryoz qol buraxdıq və bu, komandanı meydanda əsəbləşdirdi. Çox keçmədən də ikinci topu buraxdıq” (report).
 
O, iyunun 6-da Belarusla keçiriləcək matçda heyətdə rotasiya edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Bundan sonra 5 saat yarım uçacağıq. Sabah səhər oyanandan sonra heyətdə rotasiya edib-etməyəcəyimizə baxacağıq”.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol