5 dekabr 2025. Cümə

De Byazi çox danışır, biz isə az danışıb, çox iş görməyə çalışırıq


De Byazi çox danışır, biz isə az danışıb, çox iş görməyə çalışırıq
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
 
“Matçın əvvəli heç də pis alınmadı. İlk 25 dəqiqədə yaxşı oyun sərgilədik. 30-cu dəqiqədən sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı. Buna meydanın özümüzə aid hissəsində lazımsız top itkiləri səbəb oldu. İkinci hissədə də pis təsir bağışlamadıq. Fasilədən sonra Ramazan Orazovun meydana çıxması oyunumuzu dirçəltdi. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başladıq. İkinci hissəni bizim aktivimizə yazmaq olar”.
 
Adiyev Azərbaycan millisindəki həmkarı Canni De Byazinin “Qazaxıstan yığmasının qələbəsində şans amili də öz rolunu oynadı” ifadəsinə də münasibət bildirib:
 
“Azərbaycanın yığmasının baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb, çox iş görməyə çalışırıq. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur”.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”