5 dekabr 2025. Cümə

Fransa Danimarkaya, Belçika Niderlanda uduzdu


Fransa Danimarkaya, Belçika Niderlanda uduzdu

Bu gün UEFA Millətlər Liqasının 1-ci turunda növbəti oyunlar keçirilib. Corner.az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa doğma meydanda Danimarkanı qəbul edib. Üç qolun qeydə alındığı bu görüşdə meydan sahibləri gözlənilməz məğlubiyyətə üzülüb. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları qarşılaşıb. Bu oyunda da meydan sahibləri doğma meydanda darmadağın olub.

4-cü qrupda isə Belçika doğma meydanda Niderlandla münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qonaqlar 4 qolla sevinən tərəf olub.

Azərbaycan yığması C Liqasının 3-cü qrupunda səfərdə Qazaxıstanın qonağı olub və 2 cavabsız qolla məğlub olub. Slovakiya isə Serbiyada Belarusun qonağı olub və minimal hesabla qələbə qazanıb.

UEFA Millətlər Liqası
3 iyun

A Liqası, 1-ci qrup

Fransa – Danimarka 1:2
Qol: Benzema, 51 – Kornelius, 68; 89.

Xorvatiya – Avstriya 0:3
Qol: Arnautoviç, 41. Qreqoritş, 54. Sabitzer, 57.

A Liqası, 4-cü qrup

Belçika – Niderland 1:4
Qol: Batşuayi, 90+3 – Berqveyn, 40. Depay, 51; 66. Dumfris, 62.

C Liqası, 3-cü qrup

Qazaxıstan – Azərbaycan 2:0
Qol: Aimbetov, 50; 60.

Belarus – Slovakiya 0:1
Qol: Suslov, 61.

D Liqası, 1-ci qrup

Latviya – Andorra 3:0
Qol: Uldrikis, 9; 77. İkaunieks, 85-pen.

Lixtenşteyn – Moldova 0:2
Qol: Nikolaesku, 5. Bolohan, 90+4.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”