- Millətlər liqası
- 01:39 15.11.2024
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə A, B və C Liqaları çərçivəsində 7 qarşılaşma baş tutub.
A Liqasının 3-cü qrupunda son Avropa çempionu İtaliya doğma meydanda bAlmaniyanı qəbul edib. Bu matçda qalib müəyyənləşməyib. Qrupun digər matçında İngiltərə səfərdə Macarıstanın qonağı olub və gözlənilməz məğlubiyyətə üzülüb.
C Liqasının 1-ci qrupunda Türkiyə evdə Farer adaları ilə, Litva Lüksemburqla üz-üzə gəlib. Türklərin 4 cavabsız qolla qalib gəldiyi gündə, Litva məğlubiyyətlə üzləşib.
B Liqasının 3-cü qrupunda Finlandiya - Bosniya və Herseqovina matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Monteneqro isə evdə Rumıniya ilə qarşılaşıb və inamlı qələbə qazanıb.
UEFA Millətlər Liqası
4 iyun
A Liqası, 3-cü qrup
Macarıstan – İngiltərə 1:0
Qol: Soboslai, 66-pen.
İtaliya – Almaniya 1:1
Qol: Pelleqrini, 70 – Kimmix, 73.
B Liqası, 1-ci qrup
Ermənistan – İrlandiya 1:0
Qol: Spertsyan, 74.
B Liqası, 3-cü qrup
Finlandiya – Bosniya və Herseqovina 1:1
Qol: Pukki, 45+1-pen – Prevlyak, 90+3.
Monteneqro – Rumıniya 2:0
Qol: Muqoşa, 66. Vukçeviç, 87.
C Liqası, 1-ci qrup
Litva – Lüksemburq 0:2
Qol: Sinani, 44; 78.
Türkiyə – Farer Adaları 4:0
Qol: C.Ündər, 37. H.Dərvişoğlu, 47. S.Dursun, 82. M.Demiral, 85.