22 noyabr 2024. Cümə

Belarus Qazaxıstandan daha güclü komandadır


Belarus Qazaxıstandan daha güclü komandadır
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusa qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib. Corner xəbər verir ki, 65 yaşlı mütəxəssis Belarusla oyuna hazır olduqlarını deyib:
 
“Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Buna uyğun hazırlıq görürük.
 
Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar etdik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilməzsən. Təəssüf ki, biz də məğlub olduq. Buraxdığımız qolları təhlil etdik. Yenə kiçik səhvlərə yol verdik ki, bu da məğlubiyyətə gətirib çıxardı. Rəqibin cəmi iki zərbəsi oldu, onda da top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.
 
İtalyan çalışdırıcı, Belarus millisinin standart vəziyyətlərdə təhlükəli olduğunu bildirib:
 
“Belarusu Slovakiya ilə oyunlarından əvvəl analiz etmişik. Onlar da üç mərkəz müdafiəçi ilə oynayırlar. Solda sağ ayaq, sağda sol ayaqlı futbolçu çıxış edir. Çox fantaziyası olmayan komandadır. Təxminən bizimlə eyni səviyyədədirlər. Futbolçularının boyları uzundur, standart vəziyyətdə təhlükəli ola bilərlər. Amma onların oynamağı bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var.
 
Heyətlə bağlı isə hələ dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır”.
 
Sabah Serbiyadakı “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma saat 22:45-də başlayacaq. Azərbaycan millisi ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.






Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq