14 dekabr 2025. Bazar günü

Heç kim uduzmaq istəməz - Bəhlul Mustafazadə


Heç kim uduzmaq istəməz - Bəhlul Mustafazadə
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Serbiyada Belarusa qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan əvvəl mətbuat konfrasında iştirak edib. Corner.az xəbər verir ki, “Qarabağ”da çıxış edən 25 yaşlı müdafiəçi Qazaxıstan millisinə 0:2 hesablı məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb:
 
“Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanlarımız oldu. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik.
 
Belarus millisini təhlil etmişik, kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus millisi Qazaxıstandan daha kompakt çıxış edir”.
 
Mustafazadə Qazaxıstana məğlubiyyətin komandaya pis təsir etdiyini bildirib:
 
“Ölkəmiz uğrunda mübarizə aparırq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək”.
 
Sabah Serbiyadakı “Karadjordje” stadionunda keçiriləcək oyun saat 22:45-də başlayacaq.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”