22 oktyabr 2024. Çərşənbə axşamı

Portuqaliyadan darmadağın, İspaniya yenə xal itirdi


Portuqaliyadan darmadağın, İspaniya yenə xal itirdi

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.

 Portuqaliya doğma meydanda İsveçrə yığması ilə üz-üzə gəlib. Kriştiano Ronaldonun dubl etdiyi matçda komandası darmadağınla qalib gəlib. İspaniya millisi isə səfərdə Çexiyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

B Liqasında Serbiya doğma meydanda Sloveniyanı darmadağınla məğlub edibsə, üç qolun qeydə alındığı İsveç – Norveç matçında qonaqlar qələbəyə sevinən tərəf olub.

C Liqasında Kiprlə Şimali İrlandiya yığmalarının oyununda qapılara qol vurulmayıb. Səfərdə Kosovonun qonağı olan Yunanıstan 3 xalı tək qolla qazanıb. Şimali Makedoniya səfərdə Cəbəllütariqi, qonşu Gürcüstan yığması isə Bolqarıstanı məğlub edib. D Liqasındakı yeganə matçda da Malta səfərdə San Marinonun qonağı olub və  inamlı qələbə qazanıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
5 iyun

A Liqası, 2-ci qrup

Portuqaliya – İsveçrə 4:0
Qol: Karvalyo, 15. Ronaldo, 35; 39. Kanselo, 68.

Çexiya – İspaniya 2:2
Qol
: Pesek, 4. Kuxta, 66 – Qavi, 45+3. Martines, 90.

Xal durumu: Çexiya – 4, Portuqaliya – 4, İspaniya – 2, İsveçrə – 0.

B Liqası, 4-cü qrup

Serbiya – Sloveniya 4:1
Qol: Mitroviç, 24. Milinkoviç-Saviç, 56. Yoviç, 85. Radonyiç, 90+2 – Stoyanoviç, 30.

İsveç – Norveç 1:2
Qol: Elanqa, 90+2 – Haland, 20; 69.

Xal durumu: Norveç – 6, İsveç – 3, Serbiya – 3, Sloveniya – 0.

C Liqası, 2-ci qrup

Kipr – Şimali İrlandiya 0:0

Kosovo – Yunanıstan 0:1
Qol: Bakasetas, 36.

Xal durumu: Yunanıstan – 6, Kosovo – 3, Şimali İrlandiya – 1, Kipr – 1

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Şimali Makedoniya 0:2
Qol: Bardi, 21. Babunski, 84.

Bolqarıstan – Gürcüstan 2:5
Qol: İliyev, 50. Stefanov, 83 – Davitaşvili, 4. Hristov, 31-öz qapısına. Zivzivadze, 52. Kvaratsxeliya, 58. Vako, 70.

Xal durumu: Gürcüstan – 6, Şimali Makedoniya – 4, Bolqarıstan – 1, Cəbəllütariq – 0.

D Liqası, 2-ci qrup

San Marino – Malta 0:2
Qol: Busuttil, 59. Gilyomye, 75.

Xal durumu: Estoniya – 3, Malta – 3, San Marino – 0







Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""