30 sentyabr 2026. Çərşənbə

Azərbaycan futbolunu izləmək mənə maraqlıdır


Azərbaycan futbolunu izləmək mənə maraqlıdır
Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, əvvəlcə ilk turda minimal hesabla uduzduqları Slovakiya ilə oyunu yada salıb:
 
“Təbii ki, turnirin startında qələbə qazanmağımızı istəyirdim. Onda əhval-ruhiyyə daha yaxşı olardı. Ancaq narahat olmağa vaxtımız yoxdur. Çalışdıq ki, həmin görüşü yaxşı təhlil edək və düzgün nəticə çıxaraq.
 
Gəlin, növbəti oyuna hazırlaşaq. Hələ hər şey qabaqdadır, hər şeyi həll etmək olar. Azərbaycan futboluna böyük hörmətlə yanaşıram. Bu ölkədə vaxtilə Banişevski, Markarov, həmyaşıdım İqor Ponomaryov kimi əla futbolçular yetişib. Minsk “Dinamo”su “Neftçi” ilə həmişə maraqlı görüşlər keçirib. Azərbaycanda futbol inkişaf edir, idman üçün çox işlər görülür, yaxşı stadionlar salınıb. Onların futbolunu izləyirəm. Bu, mənə maraqlıdır”.
 
Kondratyev futbolçu və məşqçi karyerası ərzində Azərbaycandan heç vaxt təklif almadığını söyləyib.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol