22 noyabr 2024. Cümə

Azərbaycan millisi müdafiədə zəifdir


Azərbaycan millisi müdafiədə zəifdir

"Rəqib komanda müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir".

Corner.az-ın məlumatına görə, bunu Belarus millisinin futbolçusu Pavel Sedko bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan seçməsi ön xətdə yaxşı təsir bağışlayır: "Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik".

Rusiyanın "Torpedo" klubunda çıxış edən oyunçu yalnız qələbəyə motivasiya olduqlarını vurğulayıb: "Bizim üçün başqa nəticə yoxdur. Bu səbəbdən, yalnız qələbəyə köklənəcəyik. Bütün oyunçuların motivasiyası hədsizdir, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq".

Yığmanın digər üzvü Maksim Şvetsov 2021-ci ildə Minskdə Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşünü xatırladıb: "Rəqib indi də eyni sxemlə oynayır. Ötənilki oyun döyüşkən alınmışdı. Son dəqiqələrdə qol buraxmışdıq. Halbuki həmin vaxt daha çox təzyiq göstərə bilərdik. Azərbaycan yığması döyüşkən komandadır. Fikrimcə, bizimlə eyni səviyyədədirlər. Baxacağıq, görək necə alınır".

Ötən il millidəki ilk rəsmi matçına Azərbaycanla görüşdə çıxan Ruslan Xadarkeviç həmin vaxtdan xoşagəlməz xatirələrin qaldığını vurğulayıb: "Borcumuzu qaytarmaq istəyirik. Çünki uduzmuşduq. İlk növbədə, özümüz qarşısında bəraət qazanmaq niyyətindəyik. Hər halda məğlubiyyət özümüzə təsir göstərir. Burada hər şey yaxşı olsa da, yalnız azarkeşlər çatışmır".

Qeyd edək ki, bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq