30 sentyabr 2026. Çərşənbə

Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq


Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq
Slovakiya millisinin keçmiş futbolçusu Duşan Tittel komandasının Millətlər Liqasındakı Belarus (1:0) üzərində qələbəsi ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, iyunun 10-da Azərbaycan yığmasına qarşı keçiriləcək oyunla bağlı da açıqlama verib.
 
55 yaşlı veteran futbolçunun Millətlər Liqasındakı qalan digər oyunların asan olmayacağını bildirib: “Fikrimcə, bizim hələ belə rəqiblərimiz olmayıb. Bununla belə, iyun ayı məşqçilər, oyunçular və hər kəs üçün heç də yaxşı ay deyil. Çünki çətin mövsümdən sonra 10 gün ərzində dörd matç oynamaq heç də asan deyil. Mən hələ yolu demirəm.
 
Amma buna haqq qazandıra bilmərik. Çünki burda olmağımızın günahkarı da elə özümüzük və yenidən daha cəlbedici rəqiblərlə oynamaq üçün qalib gəlməliyik.
 
Bununla belə, meydanda daha canlı, daha mobil olmalıyıq. Təbii ki, qələbə qazanmağı səbirsizliklə gözləyirəm, çünki hələlik üç xalımız var. Ancaq hələ də böyüməliyik. Bundan əlavə, bizim üçün asan olmayacaq. Çünki Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq”.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol