14 dekabr 2025. Bazar günü

Kanada yığmasının üzvlərindən boykot qərarı


Kanada yığmasının üzvlərindən boykot qərarı
Kanada yığmasının futbolçuları Panama ilə oyuna çıxmaqdan imtina ediblər. Corner.az xəbər verir ki, futbolçular məsələ ilə bağlı bəyanat da yayıblar. Bəyanatda, futbolçularla federasiya arasında ödənişlərlə bağlı fikir ayrılığı yarandığı bildirilib:
 
“Kanadada futbolun gələcəyi üçün mübarizə aparmağın vaxtıdır. Biz federasiya ilə birgə işləmək istəyirik, lakin uzun illərdir ki, münasibətlərimiz gərgindir. Kanada Futbol Assosiasiyası komandamıza hörmətsizlik göstərərək, standartları yüksəltmək və ölkədə futbolu effektiv şəkildə inkişaf etdirmək səylərimizi təhlükə altında qoyur.
 
Azarkeşlərimizdən üzr istəmək istəyirik. Sizin dəstəyinizlə evdə oynamaq bizim üçün ən yaxşı seçimdir. Ümid edirik ki, futbol assosiasiyası milli komanda ilə əməkdaşlıq üçün qətiyyətli addımlar atacaq və biz meydana qayıdacağıq”.
 
Xatırladaq ki, Kanada millisi ödənişlə bağlı problemlərə görə məşqdən imtina etmişdi. Futbolçular federasiyadan yayım və sponsorluq müqavilələrinə yenidən baxılmasını xahiş ediblər.
 
Bundan əvvəl Kanada yığması İran millisi ilə yoldaşlıq oyununda iştirakdan imtina etmişdi.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”