30 sentyabr 2026. Çərşənbə

Millətlər Liqası: Azərbaycan millisi ilk xalını qazandı


Millətlər Liqası: Azərbaycan millisi ilk xalını qazandı

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Corner az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Serbiyada Belarusla qarşılaşıb.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən matçı isveçli hakimlər idarə edib. Oyunda isw qapılara qol vurulmayıb.

Matçın sonlarında Azərbaycan yığmasının müdafiəçisi Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

3-cü qrupun digər oyunu Slovakiya və Qazaxıstan yığmaları arasında keçirilib. Qazaxlar bu matçda 1:0 hesabı ilə  qalib gəlib.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmuşdu. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla məğlub olmuşdu – 0:1.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
6 iyun

Belarus – Azərbaycan 0:0
Qırmızı vərəqə: Q.Alıyev, 84.
Baş hakim: Məhəmməd Əl-Hakim.
Serbiya. Novi Sad. “Karadjordje” stadionu.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol