30 sentyabr 2026. Çərşənbə

Azərbaycanla oyunda təki top buraxardım, amma udardıq


Azərbaycanla oyunda təki top buraxardım, amma udardıq

"3 xal qazana bilmədiyimiz üçün məyusuq".

Corner.az xəbər verir ki, bunu Belarus yığmasının qapıçısı Pavel Pavlyuçenko Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçından sonra yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

24 yaşlı qolkiperin fikrincə, xüsusən oyunun sonlarında hücuma atılmalı idilər: "Biz rəqibi sıxmalı idik. Çünki onlar oyunun sonlarında qırmızı vərəqə almışdılar. Bizə qələbə lazım idi. İlk növbədə, komanda oyunu gəlir. Düzdür, 1 xal qazandıq, amma daha yaxşı olardı ki, mən top buraxsam belə, biz 2:1 hesabı ilə qalib gələrdik".

Pavlyuçenko iyunun 10-da Qazaxıstanla keçirəcəkləri qarşılaşmadan qalib ayrılmaq niyyətində olduqlarını vurğulayıb: "Bayağı səslənsə də, Qazaxıstanla oyundan 3 xal gözləyirik".







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol