- Millətlər liqası
- 19:51 26.11.2025
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, A,B,C və D Liqaları çərçivəsində ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa səfərdə Xorvatiyanın qonağı olub. Bu komandalar ilk turda məğlubiyyətlə üzləşmişdilər. Bu görüşdə isə tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Avstriya və Danimarkanın dueli isə nəzərdə tutulan vaxtda başlamayıb. Stadionda elektrik enerjisinin kəsilməsi səbəbindən görüş 1.5 saat yubanıb. Matçda isə Danimarka qələbəyə sevinən tərəf olub.
B Liqasının yeganə matçında İslandiya evdə Albaniyanı sınağa çəkib. Bu oyunda qalib müəyyənləşməyib. Rusiyanın yarışdan uzaqlaşdırılması səbəbindən İsrail bu tur istirahət edib.
C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. Qazaxıstan isə bu dəfə Slovakiyanın qonağı olub və ardıcıl ikinci qələbə qazanaraq vahid liderliyi ələ keçirib.
D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteyni məğlub yola salıbsa, Andorra – Moldova matçında qapılara qol vurulmayıb.
UEFA Millətlər Liqası
6 iyun
A Liqası, 1-ci qrup
Avstriya – Danimarka 1:2
Qol: Şlager, 67 – Hoybyerq, 28. Larsen, 84.
Xorvatiya – Fransa 1:1
Qol: Kramariç, 83-pen – Rabyo, 52.
Xal durumu: Danimarka – 6, Avstriya – 3, Fransa – 1, Xorvatiya – 1
B Liqası, 2-ci qrup
İslandiya – Albaniya 1:1
Qol: Torsteynsson, 49 – Seferi, 30.
Xal durumu: İslandiya – 2, İsrail – 1, Albaniya – 1, Rusiya – 0
C Liqası, 3-cü qrup
Belarus – Azərbaycan 0:0
Slovakiya – Qazaxıstan 0:1
Qol: Darabayev, 26.
Xal durumu: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1
D Liqası, 1-ci qrup
Latviya – Lixtenşteyn 1:0
Qol: Zyuzin, 73.
Andorra – Moldova 0:0
Xal durumu: Latviya – 6, Moldova – 4, Andorra – 1, Lixtenşteyn – 0