22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycanla oyunda qol buraxmamaq müsbət məqamdır


Azərbaycanla oyunda qol buraxmamaq müsbət məqamdır

"İkili hisslər keçiririk. Oyunumuz o qədər də alınmadı. Hərçənd, özümüzdən tələb olunanı yerinə yetirməyə çalışırdıq. Qapımızı toxunulmaz saxlamağımız müsbət məqamdır. Mənfi məqam isə odur ki, qol vurmadıq və qalib gəlmədik".

Corner.az-ın məlumatına görə, bunu Belarus yığmasının futbolçusu Danila Neçayev Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçından sonra yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

22 yaşlı yarımmüdafiəçi nəticənin qənaətbəxş olduğunu bildirib: "Rəqib bizi təəccübləndirmədi. Biz onları araşdırmışdıq, belə oyunlarına hazır idik. Ona görə də heç bir qeyri-adilik olmadı. Amma yaxşı rəqibdir və texnikalı futbolçuları var. Qalib gəlsəydik, öz oyunumdan razı olardım. Amma heç-heçə qənaətbəxş nəticədir".

BATE-də çıxış edən futbolçu Azərbaycanla oyunun kobud alınmasında təəccüblü bir şey olmadığını vurğulayıb:

"Yığmada oynamaq istəyirsənsə, var gücünü ortaya qoymalı, mübarizədən qorxmamalı, qalib ayrılmalısan. Ona görə də oyunun kobud alınmasında təəccüblü bir şey yoxdur".

Yarımmüdafiəçi 2 oyundan sonra 1 xal qazanmağın kədərli olduğu söyləyib: "Tələb olunanları yerinə yetirmirik. Amma çalışırıq. Hamımız insanıq, robot deyilik. Meydana çıxıb yalnız qalib gələ bilmərik. Qol vura bilmək üçün imkanlardan yararlanmağımız çatışmır. Az da olsa, fərqlənmək imkanları qazanırıq. Rəqibləri sıxmaq, hücumlarda daha dəqiq, aqressiv oynamaq lazımdır".

Naçayev III turda qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bərpa olunmalı və nəhayət, Qazaxıstanla oyundan 3 xal götürməliyik. Asan oyun olmayacaq. Qazaxıstan yaxşı, güclü yığmadır. Çətin olacaq, amma qalib gəlməyə çalışacağıq. Qazaxıstanın Slovakiyaya qalib gəlməsi təəccüblü deyil. Biz də Slovakiyaya qarşı pis oynamamışdıq, bir neçə yaxşı imkan yaratmışdıq. Yəni, biz də qalib gələ bilərdik. Ona görə də təəccüblü bir şey yoxdur. Futbol da bir oyundur".







Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""