5 dekabr 2025. Cümə

Azərbaycanla oyundan əvvəl Slovakiya yığması baş məşqçisiz qaldı


Azərbaycanla oyundan əvvəl Slovakiya yığması baş məşqçisiz qaldı

Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl istefaya göndərilib.

Corner.az "Tvnoviny" nəşrinə istinadən xəbər verir ki, Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar iclasda qərar çıxarıb.

Yığma ötən gün Millətlər Liqasının II turunda evdə Qazaxıstan millisinə minimal hesabla uduzub. 49 yaşlı çalışdırıcı 2020-ci ildə millini çalışdırırdı. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”