5 dekabr 2025. Cümə

Almaniya və İngiltərədən heç-heçə, Türkiyədən darmadağın


Almaniya və İngiltərədən heç-heçə, Türkiyədən darmadağın

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib. Corner.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya doğma meydanda İngiltərəni qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Qrupun digər görüşündə Macarıstan İtaliyanın qonağı olub. Bu oyunda isə meydan sahibləri qalib gəlib.

B Liqasının 3-cü qrupunda Finlandiya Monteneqro ilə oyundan qalib ayrılıbsa, Bosniya və Herseqovina da Rumıniyanı məğlub edib.

Nəhayət, C Liqasının 1-ci qrupunda Türkiyə Litvanın, Lüksemburq Farer Adalarının qonağı olub. Bu oyunlarda da qonaqlar qələbəyə sevinən tərəf olub.

UEFA Millətlər Liqası
7 iyun

A Liqası, 3-cü qrup

Almaniya – İngiltərə 1:1
Qol: Hofmann, 50 – Keyn, 88-pen.

İtaliya – Macarıstan 2:1
Qol: Barella, 30. Pelleqrini, 45 – Mançini, 61-öz qapısına.

Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1

B Liqası, 3-cü qrup

Finlandiya – Monteneqro 2:0
Qol: Pohyanpalo, 31; 38.

Bosniya və Herseqovina – Rumıniya 1:0
Qol: Prevlyak, 68.

Xal durumu: Bosniya və Herseqovina – 4, Finlandiya – 4, Monteneqro – 3, Rumıniya – 0

C Liqası, 1-ci qrup

Farer Adaları – Lüksemburq 0:1
Qol: Rodriqes, 74-pen.

Litva – Türkiyə 0:6
Qol: D.Sinik, 2; 14. S.Dursun, 56; 81. Y.Akgün, 89. H.Dərvişoğlu, 90+1.

Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Litva – 0, Farer adaları – 0







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”