5 dekabr 2025. Cümə

Keyn İngiltərə yığmasındakı qol sayında Çarltonu keçdi


Keyn İngiltərə yığmasındakı qol sayında Çarltonu keçdi

"Tottenhem" klubunun futbolçusu Harri Keyn İngiltərə milli komandasının heyətində yeni statistik göstəriciyə imza atıb.

Corner.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının Almaniya ilə II tur qarşılaşmasında penaltidən bərabərlik qolunu vuran 27 yaşlı hücumçu yığmada 50-ci dəfə fərqlənib.

Bununla da Keyn əfsanəvi Bobi Çarltonu geridə qoyaraq, millinin ikinci ən yaxşı bombardirinə çevrilib. Ona 50 qol üçün 71, Çarltona 49 top üçün 106 görüş keçirmək lazım gəlib.

Rekordçu isə 119 qarşılaşmada 53 qolla "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runidir.

Qeyd edək ki, Almaniya - İngiltərə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”