5 dekabr 2025. Cümə

Niderlandla Ukraynadan səfər qələbəsi, Belçikadan darmadağın


Niderlandla Ukraynadan səfər qələbəsi, Belçikadan darmadağın

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqaları çərçivəsində ümumilikdə 4 qarşılaşma baş tutub.

A Liqasının 4-cü qrupunda Niderland yığması səfərdə Uelsin qonağı olub. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb. Belçika doğma meydanda Polşanı qəbul edib. Qonaqların hesabı açdığı bu oyunda meydan sahibləri darmadağınla qalib gəlib.

B Liqasının 1-ci qrupunda Ermənistan səfərdə Şotlandiyaya 2 cavabsız qolla məğlub olub. Ukrayna isə səfərdə İrlandiyaya minimal hesabla qalib gəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 iyun

A Liqası, 4-cü qrup

Uels – Niderland 1:2
Qol: Norrinqton, 90+2 – Kopmeyners, 50. Veqorst, 90+4.

Belçika – Polşa 6:1
Qol: Vitsel, 32. De Bruyne, 59. Trossar, 73; 80. Dendonker, 83. Openda, 90+3 – Levandovski, 28.

Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0

B Liqası, 1-ci qrup

Şotlandiya – Ermənistan 2:0
Qol: Ralston, 28. Makkenna, 40.

İrlandiya – Ukrayna 0:1
Qol: Tsiqankov, 48.

Xal durumu: Şotlandiya – 3, Ermənistan – 3, Ukrayna – 3, İrlandiya 0







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”