5 dekabr 2025. Cümə

Bakıda qələbə qazanmaq istəyirik


Bakıda qələbə qazanmaq istəyirik
Futbol üzrə Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Rəqibə hörmətlə yanaşırıq. Amma biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik. Azərbaycan seçməsi yaxşı müdafiə olunan və topla rəftar etməyi bacaran komandadır. Onlar texniki cəhətdən də yaxşıdırlar. Bizdə isə baş məşqçi istifası olub. Bu, asan vəziyyət deyil. Amma peşəkarıq, mövcud durumu idarə etməliyik. Sabahkı oyuna köklənməli, özümüzə inanmalıyıq və qarşımıza qoyulan məqsədə doğru irəliləməliyik".
 
Sabah "Dalğa Arena"da baş tutacaq Azərbaycan - Slovakiya matçına saat 20:00-da start veriləcək.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”