14 noyabr 2026. Şənbə

Tam gücümüzlə mübarizə aparacağıq


Tam gücümüzlə mübarizə aparacağıq
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, "Neftçi"də çıxış edən 30 yaşlı futbolçu, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bizi çətin oyun gözləyir. Rəqib güclüdür. Tam gücümüzlə mübarizə aparacağıq. İlk iki görüşdə qələbə qazana bilməmişik. Bu dəfə yaxşı nəticə üçün çalışacağıq. Maçta rahat çıxmaq ixtiyarımız yoxdur”.
 
Mahmudov son matçlarda yığmada qol vura bilməməsi barədə danışıb: "Tam bir səbəb deyə bilmərəm. Bəzən şanssızlıq olur, bəzən qapıçı çox yaxşı qurtarış edir, bəzən dəqiqlik çatışmır və s. Bunlar qol vurmağımıza mane olur”.
 
Yarımmüdafiəçi sabah hər iki komandanın maksimum gücünü ortaya qoyacağını söyləyib: "Rəqin əvvəlki oyunda Qazaxıstana qalib gəlsəydi də, bizim üçün çətin olardı. Əlimizdən gələni edəcəyik ki, onları məyus edək".
 
Sabah “Dalğa Arena”da baş tutacaq Azərbaycan - Slovakiya matçına saat 20:00-da start veriləcək.






Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib