24 noyabr 2024. Bazar günü

Azərbaycan yığmasına oyun sahəsi verməməliyik


Azərbaycan yığmasına oyun sahəsi verməməliyik

"Rəqibimiz müdafiə futboluna üstünlük verən və meydanın mərkəzində təcrübəli oyunçulara malik komandadır".

Corner.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Peter Pekarik Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur matçı barədə danışarkən deyib.

35  yaşlı müdafiəçi öz oyunlarına diqqət etməli olduqlarını bildirib: "Biz rəqibə oyun sahəsi versək, kombinasiyalı hücumlar qura bilərlər. Fəallıq, konsentrasiya və gücümüzü artırmalıyıq. Yalnız Qazaxıstana qarşı çıxışımız görüşün gedişini alt-üst etdi. Çoxlu vəziyyətimiz olmadı, amma əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

Pekarik baş məşqçi Ştefan Tarkoviçin istefaya göndərilməsi barədə də danışıb: "Bu, komandamız üçün heç də asan olmadı. Onunla peşəkarcasına vidalaşdıq. Qazaxıstanla matçdakı nəticəyə görə hamımız günahkarıq".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq